Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən E.Nəbiyev saxlanılmışdır
07.05.2021Gəncə ŞBPİ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən əvvəllər məhkum olunmuş E.Nəbiyev saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 3 qram heroin aşkar edilmişdir.
Davam etdirilən tədbirlərlə onun yaşadığı evə baxış zamanı oradan 1 kiloqram 30 qram heroin və 609 qram tiryək götürülmüşdür.