Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Sumqayıt şəhər sakini E.Süleymanovdan 19 kiloqram 646 qram heroin və elektron tərəzi götürülmüşdür
02.05.2021Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş E.Süleymanov şəhər ərazisində saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 46 qramdan artıq heroin aşkar edilmişdir.
Davam etdirilən tədbirlərlə onun yaşadığı evə baxış zamanı oradan 19 kiloqram 600 qram heroin və elektron tərəzi götürülmüşdür.