Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Gədəbəy şəhər sakini A.Abdullayevdən ümumilikdə 1 kiloqram 142 qram marixuana götürülmüşdür

02.05.2021

Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi və Gədəbəy RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Gədəbəy şəhər sakini, əvvəllər məhkum olunmuş A.Abdullayev Slavyanka kəndi ərazisində saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 37 qrama yaxın marixuana aşkar edilmişdir.
Onun idarə etdiyi “VAZ-21074” markalı avtomobilə baxış zamanı isə oradan 1 kiloqram 105 qram marixuana götürülmüşdür.

02.05.2021 tarixinə olan kriminal məlumatlar