Avtomobilin qeydiyyat nişanlarını oğurlamaqda və avtomobilə qismən ziyan vurmaqda şübhəli bilinən Gəncə şəhər sakini S.Əliyev müəyyən edilərək saxlanılmışdır
02.05.2021Kəpəz RPİ-yə aprelin 28-nə keçən gecə Gəncə şəhər sakini E.Əsgərovun “VAZ-21214” markalı avtomobilinin dövlət qeydiyyat nişanlarının oğurlanması, avtomobilin cızılması və təkərlərinin deşilməsi barədə məlumat daxil olmuşdur.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin avtomobilin qeydiyyat nişanlarını oğurlamaqda və avtomobilə qismən ziyan vurmaqda şübhəli bilinən Gəncə şəhər sakini S.Əliyev müəyyən edilərək saxlanılmışdır.
Araşdırma aparılır.