Sabirabad şəhəri Yeni məhəllədə yaşayan E.Seyfullayevin evini yandırmaqda şübhəli bilinən R.Məmmədov müəyyən edilərək saxlanılmışdır
02.05.2021Martın 21-də saat 1 radələrində Sabirabad şəhəri Yeni məhəllədə yaşayan E.Seyfullayevin evində yanğın baş vermişdir. Nəticədə 60 kvm. sahədə yanar konstruksiyalar oradakı əşyalarla birgə yanmış, xəsarət alan olmamışdır.
Sabirabad RPŞ-də aparılan araşdırmalarla evdən 1200 manat dəyərində məişət əşyalarının oğurlanması və evin yandırılması müəyyən edilmişdir.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Qalağayın kənd sakini R.Məmmədov müəyyən edilərək saxlanılmışdır.Faktla əlaqədar cinayət işi başlanmışdır.