Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini Z.Nəbiyev Xətai rayonu ərazisində saxlanılmışdır
27.04.2021Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini Z.Nəbiyev Xətai rayonu ərazisində saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 25 qram heroin, 2 qram metamfetamin aşkar edilmişdir.
Davam etdirilən tədbirlərlə onun yaşadığı evə baxış zamanı oradan 669 qram heroin, 197 qram tiryək və 193 qram metamfetamin götürülmüşdür.