Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini N.İsmayılov Binəqədi rayonu ərazisində saxlanılmışdır

27.04.2021

Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş N.İsmayılov Binəqədi rayonu ərazisində saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 9 qramdan artıq heroin, 8 qrama yaxın metamfetamin aşkar edilmişdir.

Davam etdirilən tədbirlərlə onun yaşadığı evə baxış zamanı oradan 523 qram heroin, 33 qramdan artıq marixuana, 65 qramdan artıq metamfetamin və 2 ədəd elektron tərəzi götürülmüşdür.

27.04.2021 tarixinə olan kriminal məlumatlar