Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Göyçay şəhər sakini R.Səfərov saxlanılmışdır
27.04.2021Göyçay RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş R.Səfərov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 6 qrama yaxın marixuana aşkar edilmişdir.
Davam etdirilən tədbirlərlə onun yaşadığı evə baxış zamanı oradan əlavə olaraq 476 qrama yaxın marixuana götürülmüşdür.