Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Qanunsuz odlu silah saxladığına görə saxlanılmış E.Əlibalayevdən odlu silah almaqda şübhəli bilinən E.Şirvanov da müəyyən edilərək saxlanılmışdır

27.04.2021

Quba RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz odlu silah saxladığına görə saxlanılmış E.Əlibalayevdən odlu silah almaqda şübhəli bilinən Qarxun kənd sakini E.Şirvanov da müəyyən edilərək saxlanılmışdır.

Davam etdirilən tədbirlərlə onun yaşadığı evə baxış zamanı oradan “TOZ-8” markalı, “İJ” markalı, 1 ədəd 16 çaplı tüfəng, 297 ədəd müxtəlif çaplı patron, 34 ədəd boş giliz və 43 ədəd qırma aşkar edilərək götürülmüşdür.

27.04.2021 tarixinə olan kriminal məlumatlar