Nəsimi rayonu ərazisində yol-nəqliyyat hadisəsi
22.04.2021Aprelin 22-də saat 2 radələrində Nəsimi rayonu ərazisində Şəmkir rayon sakini E.Səfərli idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Mahir Abbasovu vurmuşdur. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür.
Nəsimi RPİ tərəfindən araşdırma aparılır.