Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Ə.Hüseynov saxlanılmışdır
22.04.2021Sabunçu RPİ 15-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 10-da rayon ərazisindəki köşklərin birindən 60 manat pul və 2000 manat dəyərində tütün məmulatı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ə.Hüseynov saxlanılmışdır.