Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Ağdam rayon sakini H.Musayevdan 260 qramdan artıq, avtomobilindən isə 1 kiloqram 100 qram heroin aşkar edilərək götürülmüşdür
22.04.2021Sabunçu RPİ 42-ci PB əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Ağdam rayon sakini, əvvəllər məhkum olunmuş H.Musayev saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 260 qramdan artıq, avtomobilindən isə 1 kiloqram 100 qram heroin aşkar edilərək götürülmüşdür.