Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Lökbatan qəsəbə sakini Elvin Əsgərzadəni qətlə yetirməkdə şübhəli bilinən arvadı S.Babayeva saxlanılaraq istintaqa təhvil verilmişdir

21.04.2021

Aprelin 21-də saat 22 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində qəsəbə sakini Elvin Əsgərzadənin döş qəfəsinə bıçaqla xəsarət yetirilməsi və hadisə yerində ölməsi barədə 10-cu Polis Bölməsinə məlumat daxil olmuşdur.

Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir.

Fakla əlaqədar Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.

Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni qısqanclıq zəminində törətməkdə şübhəli bilinən mərhumun arvadı S.Babayeva saxlanılaraq istintaqa təhvil verilmişdir.

Rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

21.04.2021 tarixinə olan kriminal məlumatlar