Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini X.Vəlişovdan 4 kiloqram 580 qram heroin və 3 qram metamfetamin aşkar edilərək götürülmüşdür
21.04.2021Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini X.Vəlişov Sabunçu rayonu ərazisində saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 4 kiloqram 580 qram heroin və 3 qram metamfetamin aşkar edilərək götürülmüşdür.