Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Hacıqabul rayonu ərazisində Bakı şəhər sakini X.Nadirovun idarə etdiyi avtomobildən 4 kiloqramdan artıq tiryək götürülmüşdür

18.04.2021

Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi və Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 17-də Hacıqabul rayonu ərazisində yerləşən YPX-nin stasionar postunda Bakı şəhər sakini X.Nadirovun idarə etdiyi “Opel” markalı avtomobil saxlanılmış və sərnişini - Hacıqabul şəhər sakini R.İbrahimovla birgə Rayon Polis Şöbəsinə təhvil verilmişlər.

Avtomobilə baxış zamanı oradan R.İbrahimova məxsus 4 kiloqram 180 qram tiryək aşkar edilərək götürülmüşdür.