Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Nəqliyyat vasitəsi qaçırdığına görə tutulmuş R.İsmayılov və T.İmanovun Masallı rayonunda yaşayan M.Həsənovun sifarişi əsasında avtomobil qaçırmaları da müəyyən edilmişdir

18.04.2021

Nəqliyyat vasitəsi qaçırdığına görə tutulmuşlar - R.İsmayılov və T.İmanovun ətraflarında Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onların Masallı rayonunda yaşayan Rusiya Federasiyasının vətəndaşı, əvvəllər məhkum olunmuş M.Həsənovun sifarişi əsasında cari il mart ayının 31-də Girdəni kəndi ərazisindən Cil kənd sakini T.Rüstəmova məxsus “VAZ-21011” markalı avtomobili qaçırmaları da müəyyən edilmişdir. Avtomobil Masallı rayonu Türkoba kənd sakini A.Əliyevin yaşadığı evin həyətində yerləşən avtomobillərin təmiri sexində tapılmışdır.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M.Həsənov saxlanılmış və ondan 5 qrama yaxın tiryək götürülmüşdür. Onun RF-nin hüquq-mühafizə orqanları tərəfindən axtarışda olması da müəyyən edilmişdir.