Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən M.Abasəliyev saxlanılmışdır

17.04.2021

Sumqayıt ŞPİ 3-cü PB əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər məhkum olunmuş M.Abasəliyev saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan heroin və metamfetamin aşkar edilmişdir.

Davam etdirilən tədbirlərlə onun yaşadığı evə baxış zamanı oradan əlavə olaraq 32 qramdan artıq tiryək, 326 qrama yaxın marixuana, 510 qrama yaxın metamfetamin və 8 qrama yaxın 197 ədəd metadon həbi götürülmüşdür.