Yevlax rayonunun Qarxun kəndində yol-nəqliyyat hadisəsi
20.03.2008Saat 12.00 radələrində Yevlax rayonunun Qarxun kəndində Bakı şəhər sakini Vitali Karaisayev "Tofaş" markalı avtomaşını idarə edərkən onu aşırmışdır. Nəticədə V.Karaisayevin sərnişini, həmyerlisi Vəkil Hacılı hadisə yerində ölmüşdür. Yevlax RPŞ tərəfindən araşdırmalar aparılır.