Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Ağdam rayon sakini O.Səfərov saxlanılmışdır
13.04.2021Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Ağdam rayon sakini O.Səfərov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 1 kiloqramdan artıq heroin, 104 qrama yaxın metamfetamin və narkotik maddələrin satışında istifadə edilən plastik bank kartı aşkar edilmişdir.
Davam etdirilən tədbirlərlə onun Xətai rayonu ərazisində kirayədə yaşadığı mənzildən isə 28 kiloqram 790 qram heroin, 5 kiloqram 150 qram metamfetamin, 453 ədəd metadon həbi, 2 ədəd elektron tərəzi və narkotik maddələrin satışından əldə olunan 1000 manat pul götürülmüşdür.