Mingəçevir şəhər sakini F.Paşayevin idarə etdiyi avtomobildən 1 kiloqramdan artıq heroin və 5 kiloqram 600 qram marixuana götürülmüşdür
13.04.2021Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhər sakini F.Paşayev idarə etdiyi “KİA” markalı avtomobildə sərnişinləri - həmyerlisi P.Salamov və Bakı şəhər sakini E.Eyyubovla birgə Gəncə şəhərində saxlanılmışlar.
Avtomobilə baxış zamanı oradan 1 kiloqramdan artıq heroin və 5 kiloqram 600 qram marixuana aşkar edilərək götürülmüşdür.