Mingəçevir şəhər sakini Ə.Həsənzadəyə qarşı quldurluq törətməkdə şübhəli bilinən Ağdam rayon sakini S.Osmanov saxlanılmışdır
12.04.2021Mingəçevir Şəhər Polis Şöbəsinə müraciət edən şəhər sakini Ə.Həsənzadə aprelin 12-də şəhər ərazisində bir nəfərin onu döyüb mobil telefonunu aldığını bildirmişdir.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Ağdam rayon sakini, əvvəllər məhkum olunmuş S.Osmanov müəyyən edilərək saxlanılmışdır.
Araşdırma aparılır.