Göygöl şəhəri ərazisində “VAZ-2106” və “KHAZAR” markalı avtomobillər toqquşmuşdur
12.04.2021Aprelin 12-də saat 11 radələrində Göygöl şəhəri ərazisində şəhər sakini İ.İsmayılovun idarə etdiyi “VAZ-2106” və Beyləqan rayon sakini M.Pəsiyevin idarə etdiyi “KHAZAR” markalı avtomobillər toqquşmuşdur. Nəticədə “VAZ” markalı avtomobilin sürücüsü və iki sərnişini xəstəxanaya yerləşdirilmiş, sərnişinlərdən 1 yaşlı Bahar xəstəxanada ölmüşdür.
Göygöl RPŞ tərəfindən araşdırma aparılır.