Şəki rayonunun Böyük Dəhnə kəndi ərazisində “Mercedes” markalı avtomobillə velosiped sürən kənd sakini M.Namazov vurulmuşdur
12.04.2021Aprelin 12-də saat 15 radələrində Şəki rayonunun Böyük Dəhnə kəndi ərazisində Balakən rayon sakini Ə.Tütünçiyev idarə etdiyi “Mercedes” markalı avtomobillə velosiped sürən kənd sakini M.Namazovu vurmuşdur. Nəticədə M.Namazov aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.