Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Bakı şəhər sakini olan bir qadına qarşı soyğunçuluq törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini B.Cəfərzadə saxlanılmışdır

11.04.2021

Aprelin 11-də Biləcəri dəmir yolu stansiyasının ərazisindəki bankomatda naməlum şəxs Bakı şəhər sakini olan bir qadına kömək etmək adı ilə kartdakı 300 manat pulu öz hesabına keçirərkən qadın etirazını bildirmiş, lakin həmin şəxs ondan susmasını tələb edərək hadisə yerini tərk etmişdir.

Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini B.Cəfərzadə müəyyən edilərək saxlanılmışdır.

Dəmir Yolu Nəqliyyatında Polis İdarəsi tərəfindən araşdırma aparılır.