Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Abşeron rayonu ərazisindəki 4 evdən oğurluq etməkdə şübhəli bilinən Novxanı qəsəbə sakinləri N.Məmmədov və V.Qasımov saxlanılmışlar

11.04.2021

Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müxtəlif vaxtlarda rayon ərazisindəki 3 evdən ümumilikdə 4 ədəd televizor, 2 ədəd kondisioner, 2 ədəd su mühərriki, 1 ədəd çadır, 1 ədəd samovar, 5000 manat dəyərində 2 ədəd xalça, 4 ədəd tikiş maşını, 1 ədəd qəlyan, 1750 manat dəyərində məişət əşyaları, habelə N.Fətəliyevin evindən “İJ-43” markalı ov tüfəngi, məişət əşyası, təmir-tikinti aləti oğurlamaqda şübhəli bilinən Novxanı qəsəbə sakinləri N.Məmmədov və əvvəllər məhkum olunmuş V.Qasımov saxlanılmışlar.