Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Cəlilabad rayon sakini E.Mustafayev saxlanılmışdır

11.04.2021

Cəlilabad RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Göytəpə şəhər sakini, əvvəllər məhkum olunmuş E.Mustafayev saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 6 qrama yaxın heroin aşkar edilmişdir.

Davam etdirilən tədbirlərlə onun yaşadığı evə baxış zamanı oradan əlavə olaraq 1 kiloqramdan artıq heroin, “AKM” markalı avtomat, 1 ədəd patron darağı və 17 ədəd patron götürülmüşdür.