Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Hacıqabul rayon sakini N.Quliyevə qarşı soyğunçuluq törətməkdə şübhəli bilinən Şirvan şəhər sakini İ.Nuriyev saxlanılmışdır

09.04.2021

Aprelin 9-da Şirvan Rayon Polis Şöbəsinə bir nəfərin Hacıqabul rayon sakini N.Quliyevin açıq talama yolu ilə 560 manatını alması barədə məlumat daxil olmuşdur.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş İ.Nuriyev müəyyən edilərək saxlanılmışdır.

Faktla bağlı Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi ilə  cinayət işi başlanmışdır.

Şirvan ŞPŞ tərəfindən araşdırma aparılır.

09.04.2021 tarixinə olan kriminal məlumatlar