Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Qax rayonunun İbaxlı kəndi ərazisindən “QAZ-52” və “RAF” markalı avtomobilləri qaçırmaqda şübhəli bilinən K.Abdullayev saxlanılmışdır

09.04.2021

Aprelin 9-da Qax rayonunun İbaxlı kənd sakinləri R.Məmmədov və İ.Məmmədov Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək onlara məxsus “QAZ-52” və “RAF” markalı avtomobillərin aprelin 2-də kənd ərazisindən qaçırılmasını bildirmişlər.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitələrini qaçırmaqda şübhəli bilinən həmkəndliləri K.Abdullayev saxlanılmışdır.

Faktla bağlı Cinayət Məcəlləsinin 185.2.2-ci (talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə) maddəsi ilə  cinayət işi başlanmışdır.

Qax RPŞ tərəfindən araşdırma aparılır.

09.04.2021 tarixinə olan kriminal məlumatlar