Əvvəllər məhkum olunmuş O.Sadıqovdan və onun Suraxanı rayonundakı yaşadığı evdən narkotik vasitələr götürülmüşdür
09.04.2021Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş O.Sadıqov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 40 qramdan artıq heroin, 4,347 qram metamfetamin, 16 qrama yaxın tiryək aşkarlanmışdır.
Davam etdirilən tədbirlərlə onun Suraxanı rayonundakı yaşadığı evə baxış zamanı 158,648 qram heroin, 176,880 qram tiryək, 8 qrama yaxın metamfetamin və 1 ədəd elektron tərəzi götürülmüşdür.