Lənkəran şəhər sakini C.Abdullayevdən heroin, metamfetamin və elektron tərəzi götürülmüşdür
09.04.2021Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında Lənkəran şəhəri ərazisində keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini C.Abdullayev saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 521 qram heroin, 28,430 qram metamfetamin və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür.