Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Masallı rayon sakini R.Nəcəfovu döyərək baş nahiyəsinə şüşə qabla xəsarət yetirib pulunu almaqda şübhəli bilinən H.Hüseynov və R.Nurəliyev saxlanılmışlar

08.04.2021

Masallı RPŞ-yə müraciət edən əvvəllər məhkum olunmuş R.Nəcəfov aprelin 7-də Sərçuvar kəndi ərazisindəki kafedə naməlum şəxslərin onu döyərək baş nahiyəsinə şüşə qabla xəsarət yetirib 1870 manat pulunu aldıqlarını bildirmişdir.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Xıl kənd sakinləri H.Hüseynov və R.Nurəliyev müəyyən edilərək saxlanılmışlar.

Araşdırma aparılır.

08.04.2021 tarixinə olan kriminal məlumatlar