Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Bakı şəhər sakini E.Bağırova məxsus “BMW” markalı avtomobilindən pnevmatik tapança aşkar edilərək götürülmüşdür

08.04.2021

Aprelin 8-də Bakı şəhər sakini E.Bağırov idarə etdiyi “BMW” markalı avtomobilinə əlavə səs siqnalı quraşdırdığı üçün Səbail RPİ-nin əməkdaşları tərəfindən saxlanılmış və avtomobil cərimə meydançasına yerləşdirilmişdir.

Davam etdirilən əməliyyat tədbirləri ilə avtomobilə baxış zamanı oradan “MP-654 K” markalı pnevmatik tapança aşkar edilərək götürülmüşdür.

08.04.2021 tarixinə olan kriminal məlumatlar