Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Yol-nəqliyyat hadisəsi törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən paytaxt sakini T.Əlimuradov müəyyən edilərək saxlanılmışdır

08.04.2021

Aprelin 7-də saat 21 radələrində Yasamal rayonu ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini E.Hüseynova vurulmuşdur. Nəticədə piyadaya xəstəxanada ilkin tibbi yardım göstərilmişdir.

Yasamal RPİ 28-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “Daewoo” markalı avtomobilin sürücüsü, paytaxt sakini T.Əlimuradov müəyyən edilərək saxlanılmışdır.

Araşdırma aparılır.

08.04.2021 tarixinə olan kriminal məlumatlar