80 metr elektrik naqili oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini R.Dəmirovdan heroin və metamfetamin götürülmüşdür
08.04.2021Sumqayıt ŞPİ 2-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 4-nə keçən gecə H.Z.Tağıyev qəsəbəsi ərazisindəki evlərdən birinin həyətindən 80 metr elektrik naqili oğurlamaqda şübhəli bilinən şəhər sakini R.Dəmirov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan heroin və metamfetamin götürülmüşdür.
Davam etdirilən tədbirlərlə onun daha iki həyətyanı sahədən su sayğacı və 35 metr elektrik naqili oğurlaması da müəyyən edilmişdir.