Xuliqanlıq zəminində odlu silahdan atəş açmış Neftçala rayonunun Həsənabad qəsəbə sakini S.Ağayevdən müvafiq sənədləri olmayan nömrəsi silinmiş ov tüfəngi götürülmüşdür
08.04.2021Aprelin 8-də Neftçala rayonunun Həsənabad qəsəbəsi ərazisində qəsəbə sakini, əvvəllər məhkum olunmuş S.Ağayev xuliqanlıq zəminində qohumu Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş M.Abasov istiqamətində ov tüfəngindən havaya atəş açmışdır. Xəsarət alan olmamışdır.
Neftçala RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində S.Ağayev saxlanılmış və ondan müvafiq sənədləri olmayan nömrəsi silinmiş “TOZ” markalı ov tüfəngi götürülmüşdür.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə cinayət işi başlanmışdır.