Sabunçu rayonu ərazisindəki evlərin birindən pul oğurlamaqda şübhəli bilinən E.Mayılov saxlanılmışdır
07.04.2021Sabunçu RPİ 15-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 30-da rayon ərazisindəki evlərin birindən 950 manat pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Mayılov saxlanılmışdır.