Xaçmaz rayonu ərazisindəki bir mağazadan oğurluq etməkdə, habelə bir avtomobili qaçırmaqda şübhəli bilinən F.Əşrəfov saxlanılmışdır
07.04.2021Xaçmaz RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 6-da rayon ərazisindəki bir mağazadan 200 manat pul və 50 manat dəyərində tütün məmulatı oğurlamaqda, habelə H.Qasımova məxsus “Tofaş” markalı avtomobili qaçırmaqda şübhəli bilinən şəhər sakini F.Əşrəfov saxlanılmışdır.