Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

70 ədəd 100 dollarlıq saxta əskinas götürülmüşdür

03.04.2021

Qusar RPŞ-yə müraciət edən şəhər sakini E.Kazımov mağazasına gəlmiş şəxslərin alış-veriş edib 1 ədəd 100 dollarlıq saxta əskinas verməsini bildirmişdir.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinənlər - Gəncə şəhər sakinləri Q.Mahmudova və əvvəllər məhkum olunmuş S.Əliyev, əvvəllər məhkum olunmuşlar - Bakı şəhər sakinləri E.Həsənov, O.Məmmədov və Sumqayıt şəhər sakini G.Eynullayeva saxlanılmışlar. Onlardan ümumilikdə 70 ədəd 100 dollarlıq saxta əskinas götürülmüşdür.