Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən İ.Qurbanov saxlanılmışdır
01.04.2021Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən İ.Qurbanov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 5 qramdan artıq, Xəzər rayonunun Qala qəsəbəsindəki yaşadığı evdən isə 366 qramdan artıq heroin və 1 kiloqram 305 qram marixuana aşkar edilərək götürülmüşdür.