Lənkəran rayonu ərazisində Yuxarı Nüvədi kənd sakini E.Mustafayevdən 51,827 qram heroin götürülmüşdür
31.03.2021DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 30-da Lənkəran rayonu ərazisində Yuxarı Nüvədi kənd sakini E.Mustafayevdən 51,827 qram heroin götürülmüşdür.
Davam etdirilən tədbirlərlə E.Mustafayevə narkotik vasitəni satmış Lənkəran şəhər sakini N.İbrahimov saxlanılmış və ondan 454,707 qram heroin götürülmüşdür.