Nərimanov rayonu ərazisində paytaxt sakini olan bir qadının çantasından pul və sənəd oğurlamaqda şübhəli bilinən B.Ağamalıyev və Ş.Rizvanov saxlanılmışlar
31.03.2021Bakı şəhər BPİ CAİ və Nərimanov RPİ 16-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 30-da rayon ərazisində paytaxt sakini olan bir qadının çantasından 210 manat və sənəd oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar B.Ağamalıyev və Ş.Rizvanov saxlanılmışlar.
B.Ağamalıyevdən 1,520 qram, Ş.Rizvanovdan 1,590 qram heroin götürülmüşdür.