Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Suraxanı rayonunun Yeni Suraxanı qəsəbəsində Bakı şəhər sakini V.Talıbova qarşı quldurluq törətməkdə şübhəli bilinən paytaxt sakini T.Babayev saxlanılmışdır

30.03.2021

Suraxanı RPİ-nin 31-ci Polis Bölməsinə müraciət edən  Bakı şəhər sakini V.Talıbov martın 30-da saat 1 radələrində Yeni Suraxanı qəsəbəsində bir nəfərin  onu döyüb qızıl üzüyünü və mobil telefonunu aldığını bildirmişdir.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini T.Babayev müəyyən edilərək saxlanılmışdır.

Suraxanı RPİ tərəfindən araşdırma aparılır.

30.03.2021 tarixinə olan kriminal məlumatlar