İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsi ərazisində soyğunçuluq törətməkdə şübhəli bilinən V.Quliyev saxlanılmışdır
30.03.2021İmişli RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində martın 30-da Bəhrəmtəpə qəsəbəsi ərazisində soyğunçuluq yolu ilə qəsəbə sakini G.Şahverənovanın içərisində 2500 manat pulu, qızıl-zinət əşyaları və sənədləri olan çantasını talamaqda şübhəli bilinən həmyerlisi V.Quliyev müəyyən edilərək saxlanılmışdır.