Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini İ.Nəzərovun yaşadığı mənzilə baxış zamanı oradan 661 qramdan artıq heroin, 120 qrama yaxın metamfetamin və 1 ədəd elektron tərəzi götürülmüşdür
30.03.2021Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini İ.Nəzərov Nizami rayonu ərazisində saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 8 qrama yaxın heroin, 5 qrama yaxın metamfetamin aşkar edilmişdir.
Davam etdirilən tədbirlərlə onun yaşadığı mənzilə baxış zamanı oradan əlavə olaraq 661 qramdan artıq heroin, 120 qrama yaxın metamfetamin və 1 ədəd elektron tərəzi götürülmüşdür.