Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakinləri S.Həbibov və R.Əmrahov Sumqayıt şəhəri ərazisində saxlanılmışlar
30.03.2021Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar - S.Həbibov və R.Əmrahov Sumqayıt şəhəri ərazisində saxlanılmışlar. Şəxsi axtarış zamanı S.Həbibovdan 197 qrama yaxın heroin, 40 ədəd metadon həbi, R.Əmrahovdan isə 48 qramdan artıq heroin aşkar edilmişdir.
Davam etdirilən tədbirlərlə S.Həbibovun yaşadığı evə baxış zamanı oradan əlavə olaraq 47 qramdan artıq heroin və 48 qramdan artıq metamfetamin götürülmüşdür.