Sərnişin avtobusunda vətəndaşın çantasından pulqabısını oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini Y.Məmmədli saxlanılmışdır
30.03.2021Bakı ŞBPİ-nin Cinayət Axtarışı İdarəsi və Nəsimi RPİ 19-cu PŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 29-da sərnişin avtobusunda Bakı şəhər sakini A.Almuradovanın çantasından içərisində 150 manat, bijüteriya və sənədlər olan pulqabısını oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Y.Məmmədli saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan heroin aşkar edilmişdir.