Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Oğurluqda şübhəli bilinən Sumqayıt şəhər sakini N.Ələsgərov, Beyləqan rayon sakini O.Əliyev və Bakı şəhər sakini Ə.Əsədov saxlanılmışlar

30.03.2021

Bakı ŞBPİ və Sabunçu RPİ 15-ci PB əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində N.Osmanovun 50 manat pulunu, 1150 manat dəyərində qol saatı və qızıl-zinət əşyalarını  və bir evdən 150 manat, 2000 ABŞ dolları, 10.950 manat dəyərində qızıl-zinət, gümüş və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini N.Ələsgərov, Beyləqan rayon sakini O.Əliyev və Bakı şəhər sakini Ə.Əsədov saxlanılmışlar.

N.Ələsgərovun və O.Əliyevin ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların Şərur rayon sakini F.Əliyevlə birgə daha bir evdən 500 manat pul və 20.700 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaları da müəyyən edilmişdir.     

Davam etdirilən tədbirlərlə F.Əliyev də polis əməkdaşları tərəfindən saxlanılmışdır.

30.03.2021 tarixinə olan kriminal məlumatlar