Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini E.Niftalıev saxlanılmışdır
30.03.2021Bakı ŞBPİ-nin Cinayət Axtarışı İdarəsi və Yasamal RPİ 26-cı PB əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Niftalıev saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 10 qram heroin və 15 qram metamfetamin aşkar edilmişdir.
Davam etdirilən tədbirlələ onun yaşadığı evin həyətindən əlavə olaraq 1 kiloqram 585 qram heroin, 35 qram tiryək və 1 ədəd elektron tərəzi götürülmüşdür.