Xuliqanlıq etməkdə şübhəli bilinən Şamaxı rayonunun Nağaraxana kənd sakini S.Əsgərovdan “BUM” markalı ov tüfəngi götürülmüşdür
30.03.2021Şamaxı RPŞ-yə müraciət edən rayon sakini R.Kazımov martın 29-da Nağaraxana kəndi ərazisində bir nəfərin onu və tanışı olan 3 nəfəri öldürəcəyi ilə hədələyib tüfəngdən havaya atəş açdığını bildirmişdir.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində xuliqanlığı törətməkdə şübhəli bilinən kənd sakini S.Əsgərov saxlanılmışdır. Ondan “BUM” markalı ov tüfəngi götürülmüşdür.