Cəlilabad rayon sakini Z.Ağayev saxlanılmış, ondan və yaşadığı evdən narkotik vasitələr və silah-sursat götürülmüşdür
30.03.2021Biləsuvar RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Cəlilabad rayon sakini Z.Ağayev saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 5 qramdan artıq tiryək aşkar edilmişdir. Davam etdirilən tədbirlərlə onun Cəlilabad şəhərində yaşadığı evin həyətinə baxış zamanı əlavə 2 kiloqram 90 qrama yaxın heroin, "VZOR-70 CAL766" markalı tapança və 16 ədəd patron götürülmüşdür.